Sənədlərlə Osmanlı Dövləti və Azərbaycan Xanlıqları Münasibətləri Sərgisi

Yazıcı-dostu sürüm

Azərbaycanın paytaxtı Bakıda Osmanlı Dövləti və Azərbaycan Xanlıqları arasındaki siyasi yazışmaların və sənədlərin yer aldığı “Sənədlərlə Osmanlı Dövləti və Azərbaycan Xanlıqları Münasibətləri” sərgisi açılıb.

Türkiyə Prezidenti yanında Dövlət Arxivləri Başqanlığı, Bakı Yunus Emre İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə təşkil olunan sərginin açılış proqramında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Dövlət Arxivləri Sədri prof. Uğur Ünal, azərbaycanlı millət vəkilləri, elm xadimləri və çox sayda dəvətli iştirak edib.

Açılış Proqramına Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Ufuk Turganer, T.C. Bakı Səfirliyinin Hərbi Ataşesi general-mayor İsmail Hakkı Köseali, Bakı Yunus Emre İnstitutunun müdiri dos. Cihan Özdemir və TİKA Azərbaycan koordinatörü Teoman Tiryaki də qatılıb.

Dövlət Arxivləri sədri prof. Uğur Ünal sərgidəki çıxışında, həm Türkiyə, həm də Azərbaycanın böyük arxivlərə sahib olduğunu, Azərbaycan arxivləriylə çox yaxın münasibətlərdə olduqlarını deyib.

Türkiyədəki Osmanlı arxivinin sadəcə Anadolu tarixini işıqlandırmadığını, dünyadaki 40-da çox ölkəni birbaşa əhatə etdiyini qeyd edən Ünal, “Balkanlarda, Ərəb coğrafiyasında və Qafqazda bir çox tarixi tədqiqatın əsas mənbəsi İstanbulda yerləşən Osmanlı arxividir. Azərbaycan Xanlıqları ilə Osmanlı münasibətlərini ortaya qoyan minlərlə sənəd vardır. Bugün bu sərgimizdə bunlardan sadəcə 30-una aid görüntü və məlumatla tanış olacaqsınız. Bu belə tarixi proses daxilində bölgədəki İran, rus və türk hakimiyyət mübarizələrinin nə şəkildə olduğunu, Osmanlı ilə Azərbaycan Xanlıqları arasında olan isti münasibəti ortaya çıxarmaq üçün olduqca əhəmiyyətlidir.”, deyə əlavə edib.

Ünal, arxivlərə əsaslanan fəaliyyətlərin artırılmasının əhəmiyyətindən bəhs edərək, “Çünki həqiqi məlumat, doğru məlumat arxivlərdədir. Arxivlər laqeyd yanaşılaraq yazılacaq heç bir tarixi məlumatı, həqiqəti əks etdirməməkdədir. Türkiyə və Azərbaycanı tarixi proses içərisində bir çox tarixi məsələ ilə qarşı-qarşıya gətirmək istəyirlər. Lakin bu məsələlərdə bizlərin qarşısına tarixi sənədlərlə çıxa bilmirlər.”, deyə ifadə edib.

Bakı Yunus Emre İnstitutunun müdiri dos. Cihan Özdemir isə təxmin edilməz dərəcədə zənginliyə sahib olan Osmanlı arxivlərinin, Azərbaycanla bağlı sənədlərinin Bakıda sərgilənməsinə dəstək verənlərə təşəkkürlərini bildirib.

TİKA Azərbaycan Koordinatoru Tüoman Tiryaki də Azərbaycanda 25 il təhsildən səhiyyəyə, kənd təsərrüfatından mədəniyyətə və insana toxuna biləcək bir çox sahədə layihələr həyata keçirdiklərini deyib.

Tiryakibundan sonra Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi üçün var gücləriylə işləməyə davam edəcəklərini qeyd edib.

Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan sərgidə Azərbaycan Xanlıqlarına yardımı, Çıldır valisi Sülleyman Paşanın 24 aprel 1783 tarixli əmri, Tiflis xanı İrakliyə qarşı Dağıstan və Azərbaycan xanları ilə birləşərək mübarizə etməsi, Şamaxı xanının qardaşı Ağası xana Sultan I Əbdülhəmidin 1786-cı il tarixli fərmanı, Sultan II Mahmudun Dağıstan hakimi Surxay xan, Quba xanı Şeyxəli xan, Şəki xanı Səlim xan və digər Azərbaycan xanlarının adlarına göndərilən 13 mart 1813-cü il tarixli məktubları və bir çox sənəd nümayiş etdirildi.

“Sənədlərlə Osmanlı Dövləti və Azərbaycan Xanlıqları Münasibətləri” sərgisi 13 oktyabr tarixinə qədər açıq olacaqdır.