Şəkillərlə Azərbaycanın quruluşu

Yazıcı-dostu sürüm

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi və Bakı Yunus Emre İnstitutunun birgə əməkdaşlığı ilə Azərbaycan Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə foto sərgi həyata keçirildi.

Paytaxt Bakıdakı Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, azərbaycanlı millət vəkilləri və çox sayda dəvətli iştirak etdilər.

İstiqlal marşı və Azərbaycan himninin səsləndirilməsiylə başlayan tədbirdə çıxış edən nazir Qarayev Azərbaycan Cümhuriyyətinin 1918-1920-ci illərdə 23 aylıq qısa bir müddətdə böyük irəliləyiş qət etdiyini bildirdi.

O dönəmdə ölkədə ilk universitetin qurulduğunu, qadınlara seçkilərdə iştirak etmək hüququnun verildiyini, ilk muzeyin yaradıldığını xatırladan Qarayev o gün əldə edilən qazancların müasir Azərbaycana müsbət təsir etdiyini ifadə etdi.

Qafqaz İslam Ordusunun o dönəmdə Azərbaycanı böyük fəaliyyətlərdən qurtardığını söyləyən Qarayev Türk ordusunun Azərbaycan ordusuyla ölkəni erməni və Bolşevik qruplaşmalardan təmizlədiyini dilə gətirdi.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da bundan 100 il öncə həm Azərbaycanda, həm də Anadoluda çətin günlərin yaşandığını, Osmanlı dövlətinin ölüm qalım mübarizəsi apardığını bildirdi.

Osmanlı ordusunun I Dünya Müharibəsində bütün cəbhələrdə ağır məğlubiyyətlərlə geri çəkilmək məcburiyyətində qaldığını xatırladan Özoral, “O dönəmdə Osmanlı dövləti azərbaycanlı qardaşlarının istədiyi yardımı geri çevirmədi. Qısa müddətdə Qafqaz İslam Ordusu toplanaraq Azərbaycana gəldi. Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad edərək ən böyük zəfərini qazandı. Bu zəfər Azərbaycanın müstəqilliyinin və bugünki sərhədlərini əldə etməsinin yolunu açdı.” dedi.

Sərginin açılışını həyata keçirən nazir Qarayev və səfir Özoral səlahiyyətlilərdən nümayiş olunan şəkil və əşyalar haqqında məlumat aldılar.

Azərbaycan Cümhuriyyətinin ilk illəri və Qafqaz İslam Ordusuna aid 40 şəkilin yer aldığı sərgi 6 iyun tarixinə qədər nümayiş etdiriləcək.