"Qardaşım mənim" filmi Bakılı kinosevərlərə təqdim olundu

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu "Türk Filmlərinin Nümayişi" layihəsi çərçivəsində Nizami Kino Mərkəzində 20 fevral çərşənbə günü Mərt Baykalın rejissorluğu ilə  2016-cı ildə ekranlaşdırılmış "Qardaşım Mənim" filmini Bakılı kinosevərlərə təqdim edib.

Nümayişdən sonra gözləmə zalında açılan stenddə xatirə şəkli çəkdirən tamaşaçılar filmi əylənərək izlədiklərini, İnstitutun keçirəcəyi növbəti nümayişi həyəcanla gözləyəcəklərini dilə gətirdilər.

 "Qardaşım mənim”

Filmin baş rollarını paylaşan Burak Özçivit və Murat Bozla yanaşı filmdə Aslı Ənvər də önəmli rol icra edir. Filmdə illər sonra yolları kəsişən iki qardaşın həyatından bəhs edilir.

Sakit və sirli xarakterə sahib olan Hakan, 30 yaşında alternativ musiqi ilə məşğul olan məşhur bir sənətkardır. Şou-biznesdən uzaq bir həyat yaşamağa çalışsa da, qardaşı Ozan ilə olan küskünlükləri şou-biznesin diqqətini çəkir. Ozan isə 28 yaşında məşhur pop ulduzudur. Qardaşının əksinə şən, hazırcavab, çox danışan və sosial biridir. Araları illərdir düzəlməyən iki qardaş uzun zaman görüşməmiş, hətta atalarının xəstəliyində belə fərqli zamanlarda ziyarətinə getmişdirlər. Bu soyuqluğun səbəbi isə uşaqlıq illərinə qədər uzanır.

Atalarının cənazəsi iki qardaşı illər sonra bir araya gətirir. Hər ikisi də son vəzifələrini yerinə yetirib tez bir zamanda öz həyatlarına qayıtmağı planlaşdırır, ancaq atalarından qalan vəsiyyət hər şeyi dəyişdirir.