Məhmət Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə iki şair, bir şeir “İstiqlal Şüuru” konfransı

Yazıcı-dostu sürüm

Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, TİKA Bakı Proqram Koordinatorluğu və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi, Sebilürrəşad Tarix, Təhsil, Mədəniyyət Dərnəyi, Ekonomik Əlaqələr Dərnəyi (EkoAvrasiya) və Xəzər Universitetinin birgə əməkdaşlığı ilə 3 may 2019-cu il tarixində  Məhmət Akif Ərsoydan, Bəxtiyar Vahabzadəyə  “İstiqlal Şüuru” adlı konfrans keçirilib.

İki ölkənin dövlət himnlərinin oxunmasıyla başlayan tədbirin açılış nitqini Xəzər Universitetinin rektoru dos. İradə Xəlilova edib. Xəlilova, Türkiyə-Azərbaycan qardaşlığından, ortaq dəyərlərindən bəhs edən bu tədbirə ev sahibliyi etdikləri üçün məmnun olduqlarını bildirib.

Sebîlürreşad Yayım şurasının sədri Rəcəb Qarib, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlu, Azərbaycan Atatürk Mədəniyyət Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Xəzər Universitetinin  dosenti Vurğun çıxışlarıyla konfransda yer alıblar.

Konfransın sonunda Xəzər Universitetinin musiqi qrupu tərəfindən Çanaqqala türküsü və Çırpınırdı Qara dəniz əsərləri ifa edilib.