"Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi"

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu, Gəncliyə Yardım Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə əməkdaşlığı ilə Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məşhur şair və mütəsəvvif İmadəddin Nəsiminin anadan olmasının 650-ci il dönümünə həsr olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanlı millət vəkilləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, elm xadimləri və çox sayda dəvətli iştirak edib.

Tədbir İstiqlal Marşı və Azərbaycan Milli Himninin səsləndirilməsiylə başlayıb. 2019-cu ili “Nəsimi ili” elan edilməsi münasibətilə keçirilən tədbirdə, bu qərarın Türk təsəvvüf tarixində önəmli rolu olan Nəsiminin bir daha tanıdılması və xatırlanması baxımından düzgün qərar olduğu vurğulanıb.

Nəsiminin sözün və şeirin gücü ilə İslam əxlaqından bəhs etdiyi və yaşatdığı mövzusu üzərində durulan tədbir, İbn Xaldun Universiteti İdarə Heyətinin sədri Prof. İrfan Gündüzün İslam dünyasında peyğəmbər sevgisi mövzusundakı təqdimatından sonra,  klassik türk musiqisi sənətçisi və neyzən Endər Doğanın ifası ilə başa çatdı.