Korona Günlərində Türk Filmləri İzləmək

Yazıcı-dostu sürüm

Yunus Emre İnstitutu tərəfindən hər həftə mütəmadi olaraq həyata keçirilən və günü-gündən həm iştirakçı, həm də izləyici sayı artan “Beynəlxalq danışıq klubu” proqramının beşincisi rəqəmsal mühitdə baş tutub. Film, televiziya, opera və balet kimi dramatik sənətlərdən bəhs edilən proqramda azərbaycanlı tələbəmizlə yanaşı Misir, Ukrayna, Fələstin, Bosniya və Herseqovina, Avstraliya, Rumıniya, Qazaxıstan, Kosova, Qaradağ, Seneqal, Xorvatiya, Gürcüstan, Cənubi Koreya, Şimali Makedoniya, Serbiya, İran, Avstriya, İspaniya, Almaniya, Fəs, İordaniya, Somali və Rusiyadan da tələbələr iştirak ediblər.

Ölkələrindəki serial, film, teatr tamaşaları, opera və balet sənətləri haqqında suallarla yanaşı Türk serial və filmlər haqqında suallar verilən tələbələr ətraflı şəkildə öz fikirlərini bildiriblər. 25 fərqli Yunus Emre İnstitutu tələbəmiz Türk serial  və filmlərini bəyənərək izlədiklərini ifadə edən tələbələrimizə nəzərən, Türk serial və filmləri sayəsində həm Türkcə biliklərini inkişaf etdirdiklərini, həm də korona günlərində zövqlə izlədiklərini deyiblər.

“İlk filmlər ağ-qara və səssiz idi”

Bakı Yunus Emre İnstitutunun tələbəsi Billurə Hacızadəyə verilən “Ölkənizdə kino sahəsi hansı vəziyyətdədir? Azərbaycan kinosuna aid bir filmi dostlarınıza tanıdarsınız?” sualına, Hacızadə Azərbaycanda kinomatoqrafiya tarixinin 1898-ci ildə başladığını, ilk filmlərin ağ-qara və səssiz olaraq çəkildiyini, ancaq kinomatoqrafiyanın quruluşundan bu yana Azərbaycan xalqının maariflənməsi və estetik zövqünün yaranmasında önəmli bir rol oynadığını bildirib. Ölkədə 2 avqust tarixinin Azərbaycan Kinosu Günü olaraq qeyd edildiyini də deyən Hacızadə, əllidən çox kinonun beynəlxalq festivallarda mükafat aldığını söyləyərək Azərbaycan kinosunun şedevr əsərlərindən “Dəli Kür”, “Axırıncı aşırım”, “Dədə Qorqud”, “Nəsimi”, “Babək”, “Ögey Ana” kimi filmləri nümunə gətirib, “Bizim Cəbiş müəllim” adlı əsərdən bəhs edib. Bundan əlavə, Türk filmlərinin yaxın tarixlərdən etibarən Azərbaycanda da nümayiş etdirildiyini və çox bəyənildiyini qeyd edən Billurə Hacızadə film sahəsinin dil öyrənmək üçün böyük bir imkan yaratdığını vurğulayıb.

Rəqəmsal proqrama böyük maraq göstərilən və 25 fərqli ölkədən 30 tələbənin çıxış etdiyi bu fəaliyyət hər həftə dünyanın dörd bir tərəfindən Türkcə öyrənən tələbələri bir yerə toplayaraq müxtəlif mövzularda fikir mübadiləsində etmələrini hədəfləyir. “Beynəlxalq Danışıq Klubu” önümüzdəki həftələrdə də fərqli ölkələrin iştirakıyla davam edəcəkdir.

https://www.facebook.com/yeebaku/videos/522427911760735/