İstiqlalın Aydınlıq Üzü

Yazıcı-dostu sürüm

İstiqlal Marşımızın qəbulunun 100-ci il dönümü münasibətiylə 12 mart 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi və Bakı Yunus Emre İnstitutu tərəfindən “İstiqlalın Aydınlıq Üzü” adlı tədbir təşkil olunub.

Moderatorluğunu Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıçın etdiyi tədbirdə Azərbaycan Milli Məclisinin üzvləri, türk və azərbaycanlı elm xadimləri, qeyri-hökümət təşkilatları nümayəndələri və medya üzvləri iştirak ediblər.

Açılış nitqində Türkiyə Cümhuriyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, “İstiqlal Marşı millətimizin müstəqillik timsalıdır, gözümüzün bəbəyidir, Türkiyənin Cümhuriyyətinin ən böyük simvollarından biridir. Türk millətinin varlığını göstərən ən önəmli dəyərlərdən biridir.”, deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin müavini Akad. Prof. İsa Həbibbəyli də İstiqlal Marşının vətən ədəbiyyatının zirvəsi olduğunu qeyd edərək, “Onu yazmaq Mehmet Akif Ərsoya nəsib olmuşdur. İstiqlal Marşını yazmaq böyük şərəfdir. Bundan başqa bir şey yazmasa belə,milləti üçün böyük bir ədəbiyyat yaratmışdır.”, deyə çıxış edib.

Proqramın ikinci hissəsində Dos. Turgay Anar Mehmet Akifin faydası olmayan utopik şeirlər yerinə, millətinin yaşadığı sıxıntıları və sevincləri şeir dilində bir mənzumə halına gətirərək müvəffəqiyyətlə tətbiq edən önəmli bir şair olduğunu söyləyib.

İbrahim Öztürk “İstiqlal Marşının ifadə etdiyi mənalar, sadəcə bizim dərdlərimiz deyil, bütün İslam və türk aləminin ortaq dərdlərini tərənnüm etməsi etibariylə, sadəcə Türkiyə Cümhuriyyətinin deyil, bütün yer üzündəki müsəlmanların və türk millətinə mənsub hər kəsin istiqlal duyğusunu, istiqlal eşqini tərənnüm etməsiylə əbədiyyən davam edəcək milli bir anlaşma mətnidir.”, deyə çıxış edib.

Mehmet Akif kolleksioneri Mehmet Rüyan Soydan ise müxtəlif arxiv sənədlərini təqdim etdiyi proqramda böyük şairin milli mübarizə illərində Sirat-i Müstəqim adıyla çıxarmağa başladığı Səbilürrəşad dərgisindən bəhs edib. Soydan Mehmet Akif Ərsoyun bu məcmuanın qurucusu olmasa da, əsl naşirlik həyatına bu dərgi ilə başladığını, dərginin əsas istiqamətini onun verdiyini, bu sayədə böyük coğrafiyalara təsir etdiyini bildirib.

Azərbaycanlı Dos. Eşqanə Babayeva isə Mehmet Akif Ərsoyun türk dünyasını işıqlandıran önəmli şəxsiyyətlərdən biri olduğunu qeydetdikdən sonra belə çıxış edib: “Onun  sözünü və sənətini türk dünyasına sevdirən isə özünün vətən, millət, istiqlal sevdalısı olmasıdır. Sözüylə və qələmiylə bir ordu qədər millətinə xidmət etmişdir. Türkiyə ədəbiyyatında olduğu qədər, Azərbaycan ədəbiyyatında da bir çox şair və yazıçı əsərlərində ondan sevgi və hörmətlə bəhs etmişdir.

Diğer Etkinlikler

Azərbaycanda İstiqlal Marşının qəbul edilməsinin 101-ci il dönümü münasibətiylə tədbir həyata keçirilib.

Bakı Yunus...

Türkiyədə 2021-ci ilin Yunus Əmrənin vəfatının 700-cü il dönümü, Azərbaycanda isə Nizami Gəncəvinin anadan olmasının...

Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının...

Türkiyə Mətbəəçi-Nəşirlər Peşə Birliyi tərəfindən bu il 6-cısı təşkil olunan İstanbul Publishing Fellowship (Beynəlxalq...