İstanbulda bir ilk: Mərkəz Ölkə Azərbaycan

Yazıcı-dostu sürüm

Türkiyə Mətbəəçi-Nəşirlər Peşə Birliyi tərəfindən bu il 6-cısı təşkil olunan İstanbul Publishing Fellowship (Beynəlxalq İstanbul Naşirlərin Professional Görüşləri) İstanbulda 9-11 Mart 2021-ci il tarixləri arasında həyata keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Yunus Emre İnstitutunun da iş birliyi ilə proqramda 60 ölkdən 345 naşir, redaktör, tərcüməçi kimi mütəxəssislər iştirak edib. Beynəlxalq İstanbul Naşirlərin Professional Görüşlərində bu il ilk dəfə Mərkəz ölkə Azərbaycan seçilib.

Bakı Yunus Emre İnstitutunun da dəstəyiylə həyata keçirilən proqramda Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycanın böyük yazıçı və elm xadimləri, nəşriyyat evi sahibləri dünya naşirləri ilə bir araya gətirilib.

Türkiyə Mətbəəçi-Nəşirlər Peşə Birliyi tərəfindən bu il 6-cısı təşkil olunan görüşə İstanbul icra hakimi Əli Yerlikaya, Elmin Yayılması Fondunun Mütevelli Heyətinin sədri Bilal Ərdoğan, İstanbul Ticarət Otağının sədri Şekib Avdagiç, nəşriyat sahəsindən çox sayda dəvətli iştirak edib.

“20 min dollarlıq təşviq mükafatı”

Proqramın açılışında İstanbul icra hakimi Əli Yerlikaya gələcək il İstanbul Publishing Fellowship-də 100 ölkə və 500 naşirlə görüşməyi dilədiyini bildirərək, “Mövzu İstanbuldan bəhs etdikdə, İstanbuldakı bir görüşmək olduqda, əlimizdə deyil, hər zaman zirvəni hədəfləyirik. Naşirlik peşəsi ehtiras, sevda tələb edən bir peşədir. Bu peşəyə canını qoyan bütün nəşriyyatçılarımızı və Türkiyə Mətbəəçi-Nəşirlər Peşə Birliyini ürəkdən təbrik edirəm. Üçüncü dəfə iştirak etdiyim bu tədbirdə bu il 20 min dollarlıq təşviq mükafatı ilə dəstək olduq. İnşaallah, gələn il bunu 50 min dollar edəcəyik.”, eyə çıxışında bildirib.

Elmin Yayılması Fondunun Mütevelli Heyətinin sədri Bilal Ərdoğan isə proqramın bu il mərkəz ölkəsi olaraq müəyyənləşdirilən Azərbaycanı təbrik edərək, “ Türk ədəbiyyatının sərhədlərinin genişliyinin görülməsi üçün Azərbaycanla başlanılması çox doğru qərar olub. Bütün qonaqlara müvəffəqiyyətli bir toplantı arzu edirəm. Ümid edirəm ki, pandemiya bitdikdən sonra önümüzdəki il çox daha izdihamlı bir proqramda bir araya gələcəyik.”, deyib.

“Azərbaycan-Türkiyə münasibətləri ədəbi və mənəvi sahədə də dünyaya əmsal təşkil edəcək”

Açılışda Azərbaycanın ədəbi və elmi təcrübələrindən bəhs edən Azərbaycan Milli Elmlər Akademiyasının sədr müavini və millət vəkili Akad. Prof. İsa Həbibbəyli isə Azərbaycan və Türkiyənin biri-birindən ayrı qalmadığını ifadə edərək, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali baş komandanlığı ilə zəfərlə nəticələnən Qarabağ Müharibəsində də Azərbaycan, başda Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğan olmaqla, Türkiyə dövlətinin siyasi, Türk xalqının mənəvi dəstəyini hər gün hiss etmişdir.”, deyib.

İsa Həbibbəyli proqramda Azərbaycanın mərkəz ölkə seçilməsinin Türkiyə-Azərbaycan qardaşlığının bir göstəricisi olduğunu vurğulayaraq, “Bu rəhmətlik Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bəyan etdiyi “tək millət və iki dövlət” olmağın təcəsümüdür.”, deyə fikir bildirib.

İsa Həbibbəyli, Azərbaycan ədəbiyyatının bugün dünyanın tanınan və bilinən dillərinin hamısına tərcümə edildiyinə işarə edərək, “Dünyanın bütün dillərinin ədəbiyyatı da Azərbaycan dilinə tərcümə edilmişdir. Azərbaycanda oxunur, satılır, öyrənilir və tətbiq edilir. Azərbaycan ədəbiyyatı böyük körpülər üzərində dövlətinin açdığı yeni imkanlarla milli dəyərləri xalqına əks etdirir. Azərbaycan ədəbiyyatı daima Türk xalqlarının ədəbiyyatıyla fəaliyyət içərisindədir. Azərbaycanın digər Türk dövlətləriylə bütün sahələrdə olduğu kimi ədəbi və mənəvi sahədə də əlaqələri vardır. Azərbaycan-Türkiyə münasibətləri bu sahədə də dünyaya bir əmsal təşkil edəcəkdir. Bu iki dövlət dünyaya sülhün, ədalətin, müstəqilliyin, dostluğun nümunəsini göstərdilər. Bu simpozium eyni zamanda dünyaya Türk mədəniyyətinin insana verdiyi dəyərə də göstərəcəkdir.”, deyə çıxış edib.

“Nəşrlərimizi bütün dünyaya açmaq mümkündür”

Türkiyə Mətbəəçi-Nəşirlər Peşə Birliyinin sədri Mustafa Doğru, dünya nəşriyyatçılarıyla Türk nəşriyyatçılığının qarşılıqlı əməkdaşlığının artırılması və İstanbulun bir müəllif hüquqlar bazarı halına gətirilməsi məqsədiylə, ilk dəfə 2016-cı ildə təşkil olunan İstanbul Fellowship-in hər il hədəflərini böyüdərək nəşriyyatçılıq dünyasının qəlbini İstanbula daşımağa davam etdiyini vurğuladı.

Kitab  eşqi ilə yollara düşmüş çox gəzən bir qrupla bir arada olmağına məmnun olduğunu ifadə edən Doğru, “Keçən beş proqramda iştirak edən naşirlər könüllü elçilərimiz oldular. Bu proqram sayəsində başda Avropa, Ərəb dünyası, Asiya və Afrika olmaqla, bütün dünyada bir network yaratmaq və nəşrlərimizi bütün dünyaya açmaq mümkündür. 2010-cu ildə Türk naşirləri 210 milyon etiketli kitab istehsal etdiyi halda 2020-ci ildə bu rəqəm 433 milyona çatdı. Bu da 10 ildə iki dəfə artacaq bir sürətlə böyüdüyümüzün bir əlamətidir.”, deyə bildirib.

İkinci gündə iki sessiya: “Mərkəz öklkə Azərbaycan Ədəbiyyatı”

Proqram çərçivəsində ikinci  gün “Azərbaycan Ədəbiyyatı və Dünya Dillərinə Tərcüməsi” və “Gerçək Uydurmayla Görüşəndə: Çingiz Abdullayev” başlıqlı sessiyalar həyata keçirilib.

Grand Cevahir Oteldə baş tutan sessiyaların ilki olan “Azərbaycan Ədəbiyyatı və Dünya Dillərinə Tərcüməsi” proqramının mderatorluğunun Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç etdi və Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müavinin və millət vəkili Akad. Prof. İsa Həbibbəyli çıxışında Azərbaycan şairi Nizami Gəncəvi haqqında məruzə etdi.

Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan ediliyini bildirən İsa Həbibbəyli Nizaminin Azərbaycanın Gəncə şəhərində dünyaya gəlib orada yaşadığını, eyni zamanda dünya ədəbiyyatındakı önəmli şəxsiyyətlər arasında da yer alan böyük şair olduğunu deyib.

Azərbaycan ədəbiyyatının ilk nümunələrinin şifahi əsərlər olan dastanlarla başladığını vurğulayan İsa Həbibbəyli bunları ifadə edib:

“VII və X əsrlərdəki yazılı ədəbiyyat əsərləri Orxun və Yenisey abidələri bizim ortaq əədəbi abidələrimizdir. Uilyam Şekspir, Avropa rezonansı üçün hansı mövqeyə sahibdirsə Türk-İslam dünyası üçün də böyük Azərbaycan şairi Nizami Gəncəvi eyni missiyaya sahib olmuşdur. Nizami Gəncəvi XII əsrdə Azərbaycanın Ömər Xəyyamı kimi şöhrət qazanmışdır. XII ve XVI əsrlərdə Azərbaycan ədəbiyyatı ana dildə varığını davam etdirmişdir. Ortak ədəbiyyatımızın zirvəsini təmsil edən Füzuli şairliyin ən böyük lirik divanını meydana çıxarmışdır. XVII və XVIII əsrlərdə isə erkən realizm dövrünə dönmüşdür.ƏDəbiyyatda artıq Leylalar, Məcnunlar qalmamış, Azərbaycan coğrafiyasının gözəlliklərindən bəhs edilməyə başlanmışdır. XIX əsr Azərbaycan üçün maarifçilik dövrüdür, maarifçi reaizm ədəbi cərəyanı qurulmuşdur. XX əsrdə də bütün dünyada olduğu kimi Azərbaycanda da romantizm ədəbiyyatının nümunələri verildi. Bu dövrdə satirik və mizah ədəbiyyatı ortaya çıxdı. Türk-İslam coğrafiyasında Üzeyir Hacıbəylinin Leyla ilə Məcnun operası da böyük hadisələrdən biriydi. Sovetlər dönəmində əlbəttə Sovet ideologiyası çərçivə yaratdı. Sovet dövründə də ədəbiyyatçılarımız Azərbaycan xalqına xidmət edən mükəmməl əsərlər yazaraq, xalqın milli mənəvi ruhunun qorunmasını təmin etdilər.”

Azad Ağaoğlu da müasir Azərbaycan ədəbiyyatı və romanı haqqında məlumatlar verərək Azərbaycan ədəbiyyatında önəmli bir yeri olan “Əli və Nino” əsərinə toxundu.

Əli və Nino”nun yazıçısının dəqiq olaraq bilinmədiyini, ancaq bu yazıçılar arasında azərbaycanlı Yusif Vəzir Çəmənzəminli adının sadalandığını qeyd edən Azad Ağaoğlu, “Çəmənzəminlinin adını bu vəsiləylə yad etmə istəyirəm. Onun “İki od arasında” romanı Azərbaycanın tarixindən bəhs edən bir əsərdir. Bu əsər özü həyatdaykən çap olunmamışdı. 1960-cı illərdə çap olunmuşdur. O zaman da “Tank içində” adı ilə çap olunmuşdur. Çünki İki Od Arasında adı mübahisəli görülmüşdür. Burada İki Od Arasında deyəndə bəhs etdiyi şimalda Rusiya, cənubda İranın arasında qalmasıdır. Müstəqillikdən sonra təkrar öz adıyla nəşr olunması mümkün olmuşdur.”, deyib.

Dr. Mühman Həsənli isə Azərbaycan romanının tarixindən bəhs etdi.

Çingiz Abdullayev: “Müsəlmanlar dedektiv roman yazar mı?”

Proqramın ikinci sessiyası olan “Gerçək Uydurmayla Görüşəndə: Çingiz Abdullayev” məruzəsində isə naşir və redaktör Nazlı Berivan Ak, azərbaycanlı yazıçı Çingiz Abdullayevə suallar verdi. Nəşr olunmuş 200-dən çox əsər olan Çingiz Abdullayev kiçik yaşlarından etibarən atasının kitablarından təsirləndiyini və kitablara marağının o yaşlarda başladığını bildirib.

Çingiz Abdullayev Azərbaycan Sovet Sosialist Respublikasında KGB Kəşfiyyat Servisində işlədiyini qeyd edərək, “Yazmaq mənim sevdiyim bir şeydir. Sevməsəm, məcburi də olsa yaza bilməzdim bunları. Əgər mən bunları yaşamasaydım da 200-dən çox əsər yaza bilməzdim. Bir roman yaza bilərdim, iki roman yaza bilərdim. Bu ikisi birlikdə olmalıdır. Mən yazmağı sevirəm. Ona görə də yazarkən, sadəcə yazmıram, yaşayıram. Bu mənim həyatımdır.”, deyə ifadə edib.

Qərbdə müsəlmanların dedektiv roman yaza bilməyəcəyinə dair bir düşüncə olduğunu deyə Çingiz Abdullayev, “dedektiv yazılmaz, ona bənzər şeylər yazılar müsəlmanlar arasında deyirlər. Onlara görə, xristiyanlıq dini dedektiv romanı yazmağa uyğundur, çünki bir kilsəyə girdiyiniz zaman Allahı, iblisi, düşmənini konkret olaraq görürsünüz. Biri-birinizə bağlı hadisələro gördüyünüz üçün dedektiv roman yaza bilərsiniz. Amma müsəlmanın inancı ürəkdədir. Konkret olaraq görməzsən. Ona görə müsəlmanlar daha ürəkdən gələn şeylər yazarlar. Ona görə də bəlkə mənim romanlarımı Şərq və Qərb mədəniyyətinin bir sintezi olaraq görürlər. Bu müsəlman azərbaycanlı nə danışır, deyə bilərlər. Mən dedektiv yazmıram. Yaşadıqlarımı siyasətlə bağlı yazıram.”, deyə çıxış edib.

Publishing Fellowship preofessional redaktör, tərcüməçi və naşirlərin bir araya gələrək müəllif hüquqları müqavilələri imzaladıqları və fikir mübadiləsi etdikləri üçüncü gün sona çatdı.

Diğer Etkinlikler

Azərbaycanda İstiqlal Marşının qəbul edilməsinin 101-ci il dönümü münasibətiylə tədbir həyata keçirilib.

Bakı Yunus...

Türkiyədə 2021-ci ilin Yunus Əmrənin vəfatının 700-cü il dönümü, Azərbaycanda isə Nizami Gəncəvinin anadan olmasının...

Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının...

İstiqlal Marşımızın qəbulunun 100-ci il dönümü münasibətiylə 12 mart 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin...