Bakıda "Türk islam mədəniyyətinin dünyaya bəxş etdiyi ilklər" müzakirə olunub

Yazıcı-dostu sürüm

Bakıda "Türk islam mədəniyyətinin dünyaya bəxş etdiyi ilklər" mövzusunda konfrans keçirilib.

Bakı Yunus Emre İnstitutunun mədəniyyət konfransları çərçivəsində 27 oktyabr şənbə günü Dr. Telman Nüsretoğlunun təqdimatında Türk islam mədəniyyətinin dünyaya bəxş etdiyi ilklər" mövzusunda konfrans keçirilib.

İnstitutun ev sahibliyində keçirilən tədbirdə Dr. Nüsrətoğlu, "Bu qədər geniş bir coğrafiyaya yayılmış dünyada ikinci millət yoxdur. Türk milləti islamı əsli qaynaqlarına uyğun idrak edəcəyinə və ona uyğun da bir mədəniyyət inşa edəcəyinə ürəkdən inanıram” deyib.

Xəzər Universiteti tələbələrinin iştirakıyla keçirilən konfrans, sualların cavablandırılması ilə sona çatıb.