Bakıda “Türk dünyası və Xoca Əhməd Yasəvi” konfransı

Yazıcı-dostu sürüm

Əhməd Yəsəvi Univesiteti (AYÜ) mütəvəlli heyətinin sədri prof. Musa Yıldız 21 fevral tarixində Azərbaycanın paytaxtı Bakıda Bakı Yunus Emre İnstitutunun təşkil etdiyi “Türk dünyası və Xoca Əhməd Yasəvi” mövzulu konfransdakı çıxışında Əhməd Yasəvinin həyatından, onun türk təsəvvüf və düşüncəsinə qatdığı dəyərlərdən danışıb.

Əhməd Yasəvinin Yesidə qurduğu məktəbində İslamın yüksək dəyərlərindən türkcə bəhs etməyə başladığını və İslamiyyətin Türküstanda dalğa dalğa yayıldığını bildirən prof. Musa Yıldız Yəsəvinin dindən Peyğəmbərin metoduyla, hikmətlə, gözəl nəsihətlə danışdığını qeyd edib. Yıldız “Əhməd Yasəvi türk tarixində İslamın əsaslarını öz dilimizdə ifadə edən tək şəxsiyyətdir. Yasəvi türkcəni müsəlmanlaşdırdı, İslamın təbliğat dili etdi və bunu bacardı. Bugün türkcə varsa, bu Əhməd Yasəvinin sayəsindədir.”, deyib.

Konfransdan sonra mətbuata verdiyi müsahibəsində prof. Yıldız Əhməd Yasəvinin türk dünyasının birlik və bərabərlik simvolu olduğunu vurğulayaraq “Əhməd Yasəvi Universiteti olaraq türklərə türklüyü və müsəlmanlığı türkün ana dilində, türkcə öyrədən böyüyümüz Əhməd Yasəvini yad etməyə və ondan bəhs etməyə davam edəcəyik.” deyib.

Bakı Yunus Emre İnstitunun müdiri dos. Cihan Özdemir isə Əhməd Yasəvinin “könül dünyasını emal edən” böyük şəxsiyyətlərin ən başında gələn, zirvədə duran bir şəxsiyyət olduğuna diqqət çəkib, “XI və XII əsrlərdə türk dünyasının müxtəlif bölgələrinə göndərdiyi tələbələriylə İslamın aydınlığını, İslamın o ürəkləri fəth edən tərəfini cəmiyyətə göstərmiş, alpərənlər vasitəsiylə ürəkləri fəth etmiş və nəticədə siyasi və hərbi zəfər olaraq adlandırdığımız taçlanmalar meydana gəlmişdir, deyə öz nitqində ifadə edib.

Konfrans çərçivəsində AYÜ tərəfindən Azərbaycan Türkçəsində nəşr olunan “Xoca Əhməd Yasəvi” kitabının təqdimatı da keçirilib. Müxtəlif xəttatlıq, miniatür və kolligrafiya nümunələrinin də sərgiləndiyi konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri, akademiklər, tələbələr və dəvətlilər iştak edib.