Bakıda Rəşad Məcidin “Qələmsiz Yazılanlar” kitabının təqdimatı keçirilib

Yazıcı-dostu sürüm

Yanvarın 15-də Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, şair, yazıçı və jurnalist Rəşad Məcidin “Qələmsiz Yazılanlar” kitabının təqdimatı müəllifin də iştirakıyla Bakı Yunuz Emre İnstitutunda keçirilib.

Qələmsiz Yazılanlar kitabı Azərbaycan sosial media ədəbiyyatının yol xəritəsidir. Reşad Məcid bu əsərində öz duyğularını sosial mediaya köçürüb,  "gündəlik" təəssüratlarını təzahür edən qeydlərini oxucuya çatdıraraq yaşamaq üçün bir resept təqdim edir.

Təqdimatda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan təmsilçisi Ufuk Arca Turganer, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, türk qurumlarının nümayəndələri, yazıçılar və çox sayda qonaq iştirak edib.

Açılış nitqi edən Rəşad Məcid, “Kitab ötən ilin noyabrında Türkiyədə işıq üzü gördü. Həmin vaxt Türk Ədəbiyyatı Vəqfində təqdimatı da keçirildi. Bu kitab həm də mənim ədəbiyyatı qorumaq üçün müqavimətimdir. Necə ki, vaxtilə ədəbiyyatı qəzetə daşımışdıq, indi də sosial şəbəkələrdə oxşar işi görürük. Gələcəkdə hansı sənətlər sıradan çıxsa da, yazmaq həmişə qalacaq, qələmlə və ya qələmsiz yazmaq istəyən adam bu işinə davam edəcək”, dedi.

Tədbir şair-publisist Rəşad Məcidin tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirməsiylə başa çatıb.