Bakıda Bəxtiyar Vahabzadəyə Sayğı Gecəsi

Yazıcı-dostu sürüm

Azərbaycanın paytaxtı Bakıda şair Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ili münasibətilə panel və anım proqramı təşkil olunub.

Bakı Yunus Emre İnstitutu, TİKA Bakı Koordinatorluğu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə əməkdaşlığı ilə təşkil olunan panel və anım gecəsində AYB-nin sədri Anar Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sədr müavini prof.dr. İsa Həbibbəyli, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Ufuk Turganer, Bakı Yunus Emre İnstitutunun müdiri dos. Cihan Özdemir, TİKA Bakı Koordinatoru Teoman Tiryaki, millət vəkilləri, elm xadimləri və çox sayda dəvətli iştirak edib.

13 fevral 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda həyata keçirilən paneldə Atatürk Universitetinin müəllimi prof. Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil” mövzusundakı təqdimatı ilə çıxış edib.

Vahabzadənin sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının şairi olduğuna diqqət çəkən Adıgözəl, onun bütün ömrünü Türk millətinin  və Azərbaycanın müstəqilliyinə həsr etdiyini bildirib. Adıgözəl “Vahabzadə tamamilə xalqından bəslənən əsərlər ortaya qoymuş, gücünü xalqdan almışdır. O ədəbiyyatda dik duruşun simvoludur. Hər şeirində mütləqdir ki, vətən, millət, bayraq, dövlət və türkçülük mövzularına toxunmuşdur.”, deyə bildirib.

İzmir Katib Çələbi Universitetinin müəllimi dr. Səlçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, AMEA Ədəbiyyat İnstitutunun tədqiqətçısı dos. Esmira Fuad “Bəxtiyar Vahabzadənin yaradıcılığında türkçülük” və Azərbaycan Pedaqoji Universitetinin müəllimi dr. Pərvin Nurəliyeva da “Bəxtiyar Vahabzadə və Şəki” adlı təqdimatları ilə paneldə çıxış ediblər.

“Vahabzadə millətin tərcüməçisi olub”

Proqramda çıxış edən Bakı Yunus Emre İnstitutunun müdiri dos. Cihan Özdemir Vahabzadənin əsərlərinin Azərbaycanın sərhədlərindən də kənara çıxaraq bütün türk dünyasına yayıldığını bildirib.

Özdemir, “Belə böyük bir şairi bir daha yad etmək üçün bu proqramı təşkil etdik. Ona qarşı olan borcumuzu bir az da olsa ödəmiş olacağıq. Çünki o, həyatı boyunca mədəniyyətimizə, türk dünyasına xidmət edib, millətimizin ürəyindən keçənlərin tərcüməçisi olub.”, deyə öz çıxışında ifadə edib.

TİKA Bakı koordinatoru Tiryaki də Azərbaycan və Türkiyə sevdalısı Vahabzadəni rəhmət və minnətlə yad etdiklərini qeyd edib. Vahabzadənin xatirəsinin hər zaman anılmasının vacibliyini bildirən Tiryaki sadəcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli bir şair və mütəfəkkir olduğunu ifadə edib.

Rəşid Behbudov adına Dövlət Mahı Teatrında təşkil olunan anım proqramında çıxış edən AYB sədri Rzayev isə Vahabzadənin Azərbaycanı sevdiyi qədər Türkiyəni də sevdiyini və Türkiyədə də Azərbaycanda sevildiyi qədər sevildiyini söyləyib. Vahabzadənin fikirləriə hər zaman ehtiyac duyulacağını ifadə edən Rzayev türk xalqı yaşadığı müddətcə Vahabzadənin də yaşayacağını qeyd edib.

Azərbaycanlı siyasətçi və şair Sabir Rüstəmxanlının da Vahabzadə ilə bağlı çıxışından sonra tədbir Vahabzadənin həyatından bəhs edən video çarxın nümayişi ilə davam edib.

Şairin unudulmaz əsərlərinin səsləndirildiyi tədbirdə Azərbaycanın xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova və Gülyanaq Məmmədova tərəfindən şairin bəstələnmiş əsərləri icra edilib. Tədbir çərçivəsində yazdığı teatr tamaşaları ilə də diqqət çəkən Vahabzadənin qələmə aldığı “Özümüzü kəsən qılınc” adlı tamaşa da səhnələndirilib.