Bakıda "Akifdən Vahabzadəyə İki Şair, Bir Şeir - İstiqal" paneli

Yazıcı-dostu sürüm

Azərbaycanın pataxtı Bakıda “Akifdən Vahabzadəyə İki Şair, Bir Şeir – İstiqlal” mövzulu beynəlxalq elmi panel həyata keçirilib.

T.C. Mədəniyyət və Turizm Nazirliyi, TİKA Bakı Proqram Koordinartorluğu və Bakı Yunus Emre İnstitutunun dəstəyi, Səbilürrəşad Mədəniyyət və Təhsil Dərnəyi, Avrasiya Ekonomik Əlaqələr Dərnəyi (EkoAvrasya) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən təşkil olunan panel 2 may cümə axşamı günü Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda həyata keçirilib.

Paneldə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, AMEA-nın vitse-prezidenti prof. İsa Həbibbəyli, TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Şamil Ayrım, Prezident yanında Sağlamlıq Siyasəti Heyət üzvü prof. Necdet Ünüvar və çox sayda yazıçı və elm xadimi iştirak edib.

Paneldə çıxış edən İnstitut direktörü, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan-Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətəri tarixi köklərə bağlıdır. Bu ələqələrin bütün sahələrdə olduğu kimi elmi, mədəni və ədəbi sahlərdə də inkişaf etdiyini qeyd edən Həbibbəyli Türk dünyasının böyük şairləri Mehmet Akif Ersoy və Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan tədbirin bu qardaşlığa bariz nümunə olduğunu ifadə edib.

Səfir Özoral həm Mehmet Akif, həm də Vahabzadənin öz inanclarından heç bir zaman güzəştə getmədiyini vurğuladığı çıxışında bildirib ki, Akif və Vahabzadə hər cür təhlükəni gözə alaraq mübarizə aparan istiqlal şairləri olublar.

Bakı Yunus Emre İnstitutunun direktörü Dos. Cihan Özdemir Mehmet Akif və Vahabzadənin fərqli dönəmlərdə yaşasalar da, əsərləriylə millətin duyğularına tərcüman olduqlarını bildirib. TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki isə Türk dünyasının bu önəmli iki şəxsiyyətinin ədəbi mirasının gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib.

Səbilürrəşad Təhsil və Mədəniyyət Dərnəyinin sədri Fatih Bayhan Mehmet Akifin qələmə aldığı İstiqlal Marşının sadəcə türk millətin deyil, bütün məzlum millətlərin duyğularını dilə gətirən bir marş olduğunu nəzərə çatdırdığı paneldə, EkoAvrasya Dərnəyinin sədri Hikmət Eren Mehmet Akif və Vahabzadənin ən önəmli ortaq xüsusiyyətinin istiqlal şüuru olfuğunu qeyd edib.

Panelistlər arasında yer alan Mehmet Akif Ersoyun nəvəsi Selma Ersoy Argon da Akif və Vahabzadənin biri-birnə çox bənzədiklərini, əsla əyilmədiklərini, doğru bildikləri yoldan dönmədiklərini və şeirlərində bənzər duyğuları paylaşdıqlarını söyləyib.

Mehmet Akif və Vahabzadənin həyatlarıyla yanaşı, fikir və ədəbiyyat dünyalarının da iştirakçılarla paylaşıldığı paneldə Səbilürrəşad məcmuasının “İki Şair, Bir Şeir – İstiqlal” başlıqlı xüsusi sayı ilə Safahat kitabı hədiyyə edilib.