Bakıda 15 İyul Şəhidləri Yad Edilib

Yazıcı-dostu sürüm

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, iki ölkənin dövlət xadimləri, Milli Məclisinin deputatları, KİV nümayəndələri iştirak ediblər.

Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb, ardından şəhidlər üçün Qurani Kərim oxunub.

“15 iyulda baş verənlər Türkiyə tarixinin ən qanlı hadisəsidir”

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır sözügedən tədbirdə deyib.

O bildirib ki, 15 iyulda baş verənlər terror aktı idi: “Bu, dövlətə, millətə qarşı xaincəsinə edilmiş bir hərəkət idi. Biz indi şəhidlərin sayəsində rahat yaşayırıq”.

Səfir Erkan Özoral çıxış edərək bildirib ki, həmin hadisədə şəhid olanları hörmətlə anırıq. Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi: "Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə də dəstəyini əsirgəmədi. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm."

Diplomat daha sonra vurğulayıb ki, kimsə türk millətinin iradəsinə qarşı çıxa bilməz: "Türk milləti olaraq birlikdə güclüyük. Dini, siyasi dünyagörüşü fərqli olmasına baxmayaraq, hər kəs birlikdə olmalıdır. O zaman daha güclü, qüdrətli olacağıq."

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, 3 il əvvəl 15 iyul gecəsi türk xalqının iradəsinin sarsılmazlığını bir daha bütün dünyaya göstərib: “Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.

15 iyul xalqın iradəsinin nümayişi idi. Videolara baxdıqda görürdük ki, sadə insanlar dövlət naminə tankın qarşısına çıxdılar, qəhrəmancasına ölümə atıldılar. 15 iyul çevriliş cəhdinin ertəsi günü ilk rəsmi reaksiyanı Azərbaycan dövləti verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən terror fəaliyyətinə qarşıdır.

15 iyul hadisələri göstərdi ki, Türkiyə dövləti əbədidir. 1990-cı il 20 yanvar hadisələri ilə 15 iyul olayları arasında böyük oxşarlıq var. Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında 15 iyul hadisələrindən sonra Türkiyənin daha da gücləndiyini deyib: "Azərbaycan-Türkiyə əlaqələri bütün sahələr üzrə inkişaf edir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri çoxsaylı tədbirlərdə iştirak edir. İki ölkə arasında münasibətlər parlament səviyyəsində də uğurla inkişaf edib. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır. Ulu öndər Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsini hörmətlə anırıq".

Tədbir, açılış çıxışlarının ardından Ölkə TV Baş Rejissoru Həsən Öztürk'ün moderatorluğunda, AA Türkiyə Xəbərləri redaktoru Həsən Öymez, Yeni Şafak Ankara təmsilçisi Hüseyn Likoğlu və Xəzər Universitetinin Müəllimi Telman Nusretoğlu'nun təqdimatında keçirilən panelle davam edib.

AA Türkiyə Xəbərləri Baş Rejissoru Öymez, zərbə cəhdi və sonrasındakı müddətdən, son vəziyyətdən və həbs olunan feto mənsublarının ifadələrindən bəhs edib.

Zərbənin arxasında FETÖ'nun olduğunu video təqdimatla açıq aşkar göstərən Öymez, terrorçuların məğlubiyyəti  hesab etmədikləri üçün sübutları yox etməyi unutduqlarını bildirib.

Zərbəçilərin savcılıkta cinayətlərini etiraf etdiklərini, məhkəmədə isə inkar yoluna getdiklərini ifadə edən Öymez, "Terrorçuların özlərini müdafiə hüquqlarına yetərincə icazə verildi. Davalar buna görə uzun müddət dəvam etdi. Sabah kifayət qədər müdafiə edə bilmədim deyərək Türkiyəni çətində vəziyyətdə qoymasınlar deyə onlara sonuna qədər müdafiə haqqı tanındı. Mağduriyet yaratmağa çalışırlar lakin elə deyil. Öymez AA Xəbər Ajansi olaraq, zərbənin ən üst 70 idarəçisinin cinayət faylınının xəbər kimi hazırladıqlarını sözlərinə əlavə edib.

Ölkə TV Baş Rejissoru Həsən Öztürk, 15 İyul gecəsində Türk millətinin hər üzvünün qorxuya qalib gəldiyini söyləyib.

Silahların qarşısına əli yalın gedə biməyin imanla əlaqədar bir şey olduğunu söyləyən Öztürk bəzi nümunələr verərək o gecə Türk millətinin qəhrəmanlıqlarını izah edib.

Xəzər Universitetinin müəllimi Nüsretoğlu, "FETÖ, emperyalizmin Truva atıdır" adlı təqdimatında, zərbə cəhdinin birbaşa Türk millətinə və dövlətinə yönəldiyini ifadə edib.

Nusretoğlu, FETÖ'nün digər ölkələr üçün yaratdığı təhdidlərdən bəhs edib və bütün Türk dünyasının FETÖ ilə mübarizə etməsi lazım olduğunu vurğulayıb.

Yeni Şafak Ankara nümayəndəsi Likoğlu, FETÖ ilə mübarizədə davamlılığa ehtiyac olduğunu vurğulayıb.

Likoğlu, FETÖ günahsız bir hərəkət və lideri də tolerant bir din xadimi kimi göstərilməyə çalışılır, əslində bu quruluş dəyərləri istismar edən hiyləgər bir terror təşkilatıdır "deyib.

Tədbir AA fotolarının sərgisi ilə başa çatıb.