Bakı Yunus Emre İnstitutunda “Külək: Yel kürəsinin şahzadəsi” kitabının təqdimatı olub

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunda gənc yazıçı Xülya Cəfərovanın qələmə aldığı “Külək: Yel kürəsinin şahzadəsi” adlı kitabın təqdimatı olub.

Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyində 30 oktaybr 2018-cil tarixində keçirilən tədbir,  superqəhrəmanlar haqqında videoçarx ilə başlayıb.

Açılış çıxışları ilə dəvam edən tədbirdə “ASAN könüllülük” məktəbinin rəhbəri Cahangir Hacıyev, “Təqdimatı keçirilən kitabın müəllifinin “ASAN könüllülük” məktəbinin məzunlarından biri olması qürurverici bir haldır.” deyib.

Təqdimat mərasimində institutun direktoru Dos. Dr. Cihan Özdemir, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva, Azərbaycan Yazıçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, fantastika janrında olan “Külək. Yel kürəsinin şahzadəsi” Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların macəralarından bəhs edən kitabdır. Külək, İşıq, Umay, Erlik, Kayra xan, Simurq quşu, Yağmur, Azər baba və digər personajların timsalında xalqımızın zəngin tarixi, milli mənəvi dəyərli və adət-ənənələri maraqlı və oxunaqlı bir üslubla oxucuya ötürülür.

Gənc yazar Hülya Caferova isə hədəf kütləsinin uşaq və gənclər olduğunu qeyt edtiyi "Külek: Yel kürəsinin Şahzadəsi" kitabında Bakının Qız Qalası, Atəşgah, Yanardağ, İçərişəhər, Bayıl Qala, Alov Qüllələri və s. tarixi yerlərinin oxucuya mistik və sehrli bir şəkildə təqdim edildiyini bildirib.

Çıxışların ardından yazıçının oxucuları üçün kitabını imzalamasıyla təqdimat başa çatıb.