Bakı Yunus Emre İnstitutu TURKCESS 2018-də

Yazıcı-dostu sürüm

Türk dünyasının geleceğine ilişkin tartışmalar yaparak somut veriler ortaya koymayı, akademisyen, araştırmacı, yazar, öğretmen, kamu kurumları çalışanı ve sivil toplum kuruluşu temsilcilerini bir araya getirerek teorik ve pratik bilgilerin bilimsel ortamda tartışılması ve paylaşılmasını amaçlayan sempozyum, 30 Haziran'a kadar devam edecek. Sempozyumda, başta Azerbaycan ve Türkiye olmak üzere Türk dünyasının farklı bölgelerinden gelen yaklaşık 250 akademisyen sunum yapacak.

Bakı Yunus Emre İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ili münasibətilə paytaxt Bakıda təşkil olunan “IV Beynəlxalq Türk Mədəniyyəti Coğrafiyasında Təhsil və Sosial Elmlər Simpoziumu TURKCESS 2018”də iştirak edib.

Təhsil Elmləri Araşdırmaları Dərnəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan “Təhsildə və sosial elmlərdə yeni meyllər” mövzulu simpoziumun ilk panelində Bakını 1918-ci ildə erməni və bolşevik qruplaşmaların işğalından azad edən Qafqaz İslam Ordusundan bəhs edilib.

Simpoziumda çıxış edən Dr. Nejdet Karaköse 1918-ci ildə Osmanlı Dövləti və Qafqazdakı vəziyyəti, Qafqaz İslam Ordusunun yaranması və hərəkətə keçmə prosesi ilə bağlı məlumat verib. Ənvər Paşanın qardaşı Nuri Paşanın (Killigil) başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakının qurtuluşu üçün apardığı müharibələrdə 1130 şəhid verdiyini xatırladan Karaköse Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən Mehmetciklərin azərbaycanlılar tərəfindən bugün də yad edildiyini vurğulayıb.

Azərbaycanın bir çox bölgəsində türk şəhidliklərinin olduğunu bildirən Karaköse çıxışında deyib ki, Osmanlı Dövləti I Dünya Müharibəsində çox çətin vəziyyətdə olmasına baxmayaraq azərbaycanlı qardaşlarının köməyinə gələrək onları erməni və rusların soyqırımından xilas etmiş, müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasını təmin etmişdir. Bu vəzifəni Qafqaz İslam Ordusu və rəhbəri Nuri Paşa icra etmişdir. Nuri Paşanın bu hərəkatı eyni millətə sahib olan iki ölkənin insanlarının qardaşlıq hisslərini daha da gücləndirmişdir.

Dr. Akif Aşırlı da Qafqaz İslam Ordusu tərəfindən həyata keçirilən hərəkatın o dönəm Azərbaycan mətbuatında necə yer aldığından bəhs edib. Bolşevik və erməni mətbuatında türk ordusunda əsgər sayının az olduğuna dair təbliğat aparıldığını qeyd edən Aşırlı Azərbaycan xalqının bu təbliğatlatlara aldanmayaraq Qafqaz İslam Ordusu ilə birləşdiyini və vətəni xilas etdiyini bildirib.

Simpozium çərçivəsində Bakı Yunus Emre İnstitutu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Cümhuriyyətinin ilk illəri və Qafqaz İslam Ordusuna aid 40 fotonun yer aldığı sərgi nümayiş etdirilib.

Türk Dünyasının gələcəyi ilə əlaqədar müzakirələr apararaq konkret fikirlər irəli sürmək, elm xadimlərini, tədqiqatçıları, yazıçıları, müəllimləri, dövlət təşkilatları və qeyri-hökümət təşkilatlarının nümayəndələrini bir araya gətirərək nəzəri və praktiki məlumatların elmi şəraitdə müzakirə olunması və paylaşılması məqsədi daşıyan simpozium 30 iyun tarixinə qədər davam edəcək. Simpoziumda başda Azərbaycan və Türkiyə olmaqla, Türk Dünyasının fərqli bölgələrindən gələn 250-yə yaxın elm xadiminin məruzəsi olacaq.