Bakı Yunus Emre İnstitutu, "Şəki İpək Yolu IX Beynəlxalq Musiqi Festivalı"nda

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu (YEE), Türkiyə Radio Televiziya Qurumu (TRT) sənətçiləri ilə "Şəki İpəkyolu IX Beynəlxalq Musiqi Festivalı" na qatıldı.

27 İyun – 1 İyul tarixləri arasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın sonuncu günündə TRT sənətçiləri konsert verib.

Festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər, həmçinin Şəki ilə qardaşlaşmış Türkiyənin Konya şəhər Meram bələdiyyəsinin nümayəndə heyətinin iştirak iştirak etdiyi konsert, dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan Şəki Xan Sarayında baş tutub.

Ansamblın solisti İmran Koçun türk və Azərbaycan dillərində ifa etdiyi xalq mahnılarından ibarət musiqi çələngi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə müğənni bağlama musiqi alətində Cumali Kalkan və Okyay Kosegil, kamanda Cafer Nazlıbaş, ritm alətində Cemal Kablan tərəfindən müşayiət olunub.

Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.