Bakı Dövlət Universitetində Novruz Coşğusu

Yazıcı-dostu sürüm

Baharın gəlişi hesab olunan və Azərbaycanda çox böyük proqramlarla qeyd olunan Novruz Bayramıyla əlaqədar Bakı Dövlət Universiteti 12 mart 2019-cu il tarixində burada təhsil alan xarici tələbələr üçün bahar şənliyi təşkil edib. Azərbaycan, İran, Qazaxıstan , Qırğızıstan, Türkmənistan və Çinin iştirak etdiyi tədbirdə Türkiyəni Bakı Yunus Əmrə İnstitutu təmsil edib.

Şənlikdə tələbələrə Bakı Yunus Əmrə İnstitutunun Türk dili tədrisi, Türkcə Səviyyə İmtahanı (TYS) və mədəni fəaliyyətlərlə yanaşı Türkiyədə təhsil imkanları haqqında məlumat verilib. Türkiyə üçün qurulan stenddə ənənəvi türk əl işlərini yaxından tanıma fürsəti əldə edən qonaqlara türk mətbəxinin məşhur ləzzətləri təqdim olunub.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırmanla yanaşı çox saylı dəvətli iştirak edib.