Bakı Avrasiya Universitetində "Türkiyə Günləri Həftəsi"

Yazıcı-dostu sürüm

Bakı Avrasiya Universitetində təşkil olunan "Türkiyə Günləri Həftəsi" tədbirləri başlayıb.

Açılış çıxışında Türk mədəniyyətinin bütün ünsürlərini əhatə edən tədbirlərin həftə boyu Bakı Avrasiya Universitetində davam edəcəyini bildirən dos. dr. Cihan Özdemir Türkiyə və Azərbaycan haqqında deyilən “İki dövlət, bir millət” sözlərinin vacibliyinə diqqət çəkib. Bu sözün həya keçirilməsinin böyük əhəmiyyəti olduğunu ifadə edən İnstitut müdiri “Bunun üçün gənclərə böyük iş düşür. Yeni nəsillər bu şüurla hərəkət edərsə aramızdakı yaxınlıq və əməkdaşlıq daha da güclənəcək.” deyib.

Bakı Yunus Emre İnstitutu və Bakı Avrasiya Universitetinin (BAU) birgə əməkdaşlığı ilə təşkil olunan tədbirlərin açılış proqramında BAU prorektoru Səyavuş Qasımov, Bakı Yunus Emre İnstitutunun müdiri dos. dr. Cihan Özdemir, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Arca Turqaner, elm xadimləri və tələbələr iştirak ediblər.

Həftə boyu universitetdə türk mətbəxi, musiqisi, xalq oyunları və miniatür sənəti tanıdılacaq, Türkiyənin turistik bölgələrinin yer aldığı rəsm əsərləri sərgilənəcək. Bunlarla yanaşı "Gənclərin gözündə Türkiyə" mövzulu konfrans keçiriləcək, Rəşad Nuri Güntekinin "Bir qurtum su" hekayəsi əsasında hazırlanmış teatr tamaşası səhnəyə qoyulacaq.

"Türkiyə Günləri Həftəsi" 20 aprel tarixində başa çatacaq.