“Azərbaycanlı şairlərin Türkiyəyə həsr olunan şeirləri”

Yazıcı-dostu sürüm

Azərbaycanın paytaxtı Bakıda  “Azərbaycanlı şairlərin Türkiyəyə həsr olunan şeirləri” adlı tədbir keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə 19 dekabr 2019-cu il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən gecədə, Türk mədəniyyətinin təbliğ olunmasıyla yanaşı Azərbaycan və Türkiyə arasında körpü qurulması məqsədiylə təşkil olunan tədbirlər vasitəsilə  “İki dövlət bir millət” ifadəsi vurğulanıb.

Gecədə Azərbaycanın görkəmli şairlərindən Bəxtiyar Vahabzadə, Vahid Əziz, Fikrət Qoca, İbrahim İlyaslı, Xəyal Rza, Akif Əhmədgil, Hamlet İsaxanlı və Nəriman Həsənzadənin qardaş ölkəyə həsr etdiyi şeirlər söylənilib. Bakı Türk Anadolu Liseyinin musiqi qrupunun ifasında musiqi nömrələri səsləndirilib.