Azərbaycanlı Aşpazlara Türk Mətbəxi Təqdim Olunub

Yazıcı-dostu sürüm

Azərbaycanın paytaxtı Bakıda keçirilən tədbirdə çoxəsrlik reseptlərlə hazırlanan türk mətbəxinin məşhur ləzzətləri təqdim edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə ölkə daxilində və xaricdə eyni vaxtda qeyd olunan “Türk mətbəxi həftəsi” çərçivəsində  Bakı Yunus Əmrə İnstitutunda təşkil edilən dəvətdə Türkiyənin Azərbaycandaki  səfiri Cahit Bağcı, Türkdilli Ölkələr Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Ər, Şimali Kipr Türk Cumhuriyyətinin Bakı Nümayəndəsi Mustafa Kamal Beyazbayram, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komtəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın millət vəkili Vüqar İsgəndərov  və  eyni zamanda mədəniyyət, incəsənət və medya nümayəndələri iştirak edib.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç türk mətbəxinin sadə yemək vərdişləri toplusundan ibarət olmadığını və  çoxəsrlik tarixi təcrübəsinin yaratdığı ümumbəşəri mədəniyyət nümunəsi olduğunu, türk xalqının yaşadığı bölgənin mətbəx mədəniyyətinə uyğun olaraq inkişaf etdiyini vurğulayıb.  Zaman keçdikcə bu mədəniyyətin inkişaf edərək saray mədəniyyətinə də təsir etdiyini bildirərək dəvam edib;

“Bu gün Azərbaycanın elit otel və restoranlarında çalışan məşhur aşpazlarımıza və Azərbaycan Kulinariya Mərkəzi`nə mənsub olan aşpazlara türk mətbəxinin seçkin və zəngin menyusunu təqdim etməklə, Azərbaycana gələn xarici qonaqlar üçün Türkiyə ilə bağ yaratmağı və türk mətbəxini Azərbaycanda populyarlaşdırmağı qarşımıza məqsəd qoymuşuq.

Səfir Cahit Bağcı dəvətdə etdiyi çıxışında türk mətbəx mədəniyyətinin özünəməxsus mədəniyyət olduğunu və coğrafiyanın tarixi zənginlik baxımından müəyyən nizam, ahəng və estetika ilə nələr təqdim etdiyini üzə çıxaran bənzərsiz bir mədəniyyət olduğunu bildirib.

Bağcı, Türk mətbəxinin dünyanın ən görkəmli mətbəxlərindən biri olduğunu və hətta  bu mətbəxə aid olan təamların saraylarda da məhşurlaşdığını vurğulamışdır. “Türk milləti yoxsulluğun ən çətin anlarında belə müxtəlif ləzzətlər hazırlamağa qadir olmuşdur” deyə əlavə etdikdən sonra isə misal olaraq tarhana şorbası və aşura desertinin adını çəkmişdir.

Türk dünyasının mətbəxindəki oxşarlıq və fərqliliklərə də toxunan Bağcı, "Bunlar bizim sərvətlərimizdir. Sərvətlərimizi qorumaq və yaşatmaq üçün həyata keçirilən bu proqram son dərəcə dəyərli və əhəmiyyətlidir. Əks halda vəhşi kapitalizm və müasir mədəniyyət mədəni elementlərimizi və kulinariya mədəniyyətini hər şey kimi məhv edir. Türk mətbəxi həyatda qalmağa çalışır və fast food mədəniyyətinə müqavimət göstərir. Bunu qoruyacaq olan da bizik" ifadələrdən istifadə etmişdir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, türk mətbəxinin təbliğinə böyük ehtiyac var: “Biz başqa ölkələrə səfər edərkən görürük ki, türk mətbəxi ilk beşliyə daxil olub. Bu istiqamətdə qardaş Türkiyə böyük işlər görüb. Türk mətbəxi hamımızın mətbəxidir. Azərbaycan da bu istiqamətdə böyük işlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mətbəxinin UNESCO səviyyəsində geniş təbliğatını aparır”.

Dəvətdəki qonaqlara; vişnəli yarpaq dolması, zeytun yağı ilə hazırlanan ənginar yeməyi, balıq pilaki, hünkar bəyəndi və qaymaqlı heyva şirniyyatının olduğu  İstanbul menyusu təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı “Əsrlik reseptlərlə türk mətbəxi” kitabının təqdim olunduğu tədbirdə qonaqlara aşpazlar tərəfindən yeməklərin necə hazırlandığı barədə təqdimat da edilib.