Azerbaycan'da İki Önemli Anlaşma

Yazıcı-dostu sürüm

Yunus Emre İnstitutu (YEE) və Azərbaycan Dövlət İmtahan Mərkəzi və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq protokolları imzalanıb.

Video konfrans üsuluyla həyata keçirilən imza mərasimində Yunus Emre İnstitutunun sədri prof. Şərəf Atəş, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev və digər səlahiyyətlilər iştirak ediblər.

İnstitutun sədri Atəş, Azərbaycan ordusunun torpaqlarını işğaldan azad etmək üçün başlatdığı əməliyyatda əldə etdiyi şanlı zəfər münasibətilə çox sevincli olduqlarını bildirib.

Azərbaycan xalqını zəfər münasibətilə ürəkdən təbrik etdiyini qeyd edən Atəş iki ölkə qurumları arasında olan əlaqələrin inkişaf etməsinin əhəmiyyətinidən danışıb. Yunus Emre İnstitutu olaraq Azərbaycan qurum və quruluşlarıyla əməkdaşlıqlarına hər zaman üstünlük verdiklərini vurğulayıb.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da zəfər münasibətilə Azərbaycanı təbrik edib. Özoral Yunus Emre İnstitutu ilə Azərbaycan təhsil qurumları arasında imzalanan protokolların, 27 il işğal altında olan Kəlbəcər şəhərinin azad edilməsi ilə eyni günə təsadüf etməsi səbəbiylə daha böyük məna kəsb etdiyini ifadə edib.

Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç Azərbaycan Dövlət İmtahan Mərkəzi ilə imzalanan protokolun Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması və etibarlı bir şəkildə keçirilməsi üçün texniki infrastrukturun təmin edilməsini ehtiva etdiyini bildirib.

Karakılıç protokolun xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərs kitabları və materialların inkişaf etdirilməsi, onlayn tədris və imtahan platformasının yaradılması, eyni zamanda Azərbaycan Dili Yetərlik İmtahanın ərsəyə gətirilməsi məqsədilə qarşılıqlı akademik və texniki dəstəyi də özündə birləşdirdiyini qeyd edib.

İnstitutun müdiri, Azərbaycan Texniki Universiteti ilə imzalanan protokolla, Yunus Emre İnstitutunun Türkiyə Prezidenti yanında Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi (TABİP) çərçivəsində ümumi əməkdaşlığı təmin etmək və bu iştirakı yaradacaq fəaliyyət və çalışmalarla əlaqədar üsul və əsasları müəyyənləşdirmə məqsədi daşıdığını bildirdi.

Diğer Etkinlikler

2020-ci ilin mart ayından etibarən koronavirus hadisələri Azərbaycanda da cərəyan etməyə başladı. Ölkədə bütün sənət və...