3-cü Türk Oxçuluğu Təlimi

Yazıcı-dostu sürüm

Sizləri Türk Oxçuluğunu Öyrənməyə və Öyrətməyə Dəvət Edirik

Tarix boyunca boy gösteren tayfaların rəğbət etdiyi, ovçuluqla yanaşı hərbi idman növü kimi xüsusi diqqət yetirdiyi oxçuluq, tarix boyunca türklərin ayrılmaz bir parçası və ən müstəsna özəlliklərindən biri olmuşdur.

Türk mədəniyyət tarixinin əsas özəlliklərindən biri hesab olunan ənənəvi oxçuluğu tanıtmaq və bu milli idmanımızla əlaqələrimizi möhkəmləndirmək məqsədi ilə Yunus Əmrə İnstitutu və Oxçuluq Vəqfi olaraq “Kemankeş Layihəsi”ni imzaladıq. 16 ölkədən 72 müəllimə təhsil verdik. Türk Oxçuluq kurslarında 1000-dən çox oxçu iştirak edərək, bu tarixi idmanın xırdalıqlarını öyəndilər.

Sizlər də Bakı Yunus Əmrə İnstitutuna gələrək şəxsən qeydiyyatdan keçib, 15-22 aprel 2019-cu il tarixləri arasında İstanbulda baş tutacaq III Türk Oxçuluq Təlsili üçün müraciət edə bilər və Oxçuluq Vəqfi mədəniyyəti ilə yüz illər boyunca xidmət etmiş Oxçuluq Təkkəsinin yer aldığı idman təsislərimizdə ustadlardan oxçuluq dərsləri ala bilərsiniz. Beləliklə, Türk mədəniyyətinin tarixi abu-havasında yaşaya bilərsiniz.

İstanbulda həyata kecəcək bir həftəlik dərslərdə iştirak edən oxçular ölkələrinə geri qayıdaraq orada fəaliyyət göstərəm İnstitutlarımızda hazırlayacağımız siniflərdə “Türk Oxçuluğu” tədris planına əsasən verəcəyimiz mənbələrlə və hər biri əl işi olan oxçuluq ləvazimatları ilə kursa qatılmaq istəyən şəxslərə dərs verə biləcəklər. Kamankeş layihəsinin əsas məqsədləri; türk oxçuluğunu bütün dünyaya tanıtmaq və bu qədim idman növünə yeni idmancılar qazandırmaqdır.

Qeydiyyat Tarixləri: 22 fevral- 4 mart 
Qeydiyyat ünvanı: Bakı Yunus Əmrə İnstitutu

Ünvan: Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 142.
Telefon: +99412 440 31 05
E-mail: baku@yee.org.tr
Əlaqə saxlanılacaq şəxs: Nuranə Tağıyeva