“Yəhya Kamal: Bir İstanbul Şairi” haqqında Bakı Yunus Emre İnstitutunda danışıldı.

23/04/2018

Bakı Yunus Emre İnstitutunda aprel ayının 20-si, cümə günü “Yahya Kamal: Bir İstanbul şairi” adlı konferans həyata keçirildi.

Bakı Yunus Emre İnstitutunun müdiri Dos. Cihan Özdemir açılış çıxışında Azərbaycan və Türkiyə ədəbiyyatının nümunələrinin təqdimatının, şairlərin cəmiyyətə tanıdılmasının, iki ölkə arasındaki mədəni əlaqələrin inkişafı məqsədilə həyata keçirilən bu növ konferansların əhəmiyyətli olduğunu vurğuladı.

Türkiyə ədəbiyyatının mühüm şairlərindən Yəhya Kamal Bəyatlının müzakirə olunduğu konferansdan sonra şair, esseist və tərcüməçi Qismət Rüstəmov tərəfindən, Bəyatlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Şairin İstanbul sevgisi və bu sevgidən yaranan şeirlərin oxunması ilə yanaşı Bəyatlı haqqında düşünülən fikirlərdən də bəhs edildi.

Konferans, iştirakçıların suallarının cavablandırılması ilə başa çatdı.