Ülker Arenada Görkəmli Türk Dili Bayramı

Yazıcı-dostu sürüm

Yunus Əmrə İnstitutu tərəfindən, Prezident Aparatı himayədarlığında bu il ikincisi həyata keçirilən "Türk Dili Bayramı" proqramı, İstanbul Ülker Sports Arenada keçirildi.

"Türk Dili Yaz Məktəbi" çərçivəsində 46 ölkədən 540 tələbəni Türkiyənin 16 fərqli rayonunda qonaq edən Yunus Əmrə İnstitutu, "Türk Dili Yaz Məktəbi"nin  finalını "Türk Dili Bayramı" ilə əbədiləşdirdi.

İstanbul Ülker Sports Arena, mədəniyyət elçilərinin doğumdan ölümə qədərki müddətini əks etdirən "İnsan və Türk Dili" mövzulu nümayişi ilə dünyaya verdiyi böyük mesaja  şahid oldu. Tələbələr səhnədə nümayiş etdirdikləri əsərlərlə dünyaya "Türk Dili" sülh, dostluq və sevgi mesajları göndərdilər.

Türk Dili Bayramının birincisi ötən il prezident Rəcəb Tayyib Ərdoğanın himayədarlığı altında, çox sayda nazirimizin təşrifi və 60 ölkədən 500 tələbənin iştirakı ilə 22 Avqustda yenə İstanbul Ülker Sports Arenada keçirilmişdi.

"İnsan və Türk Dili" mövzulu nümayişin ilk hissəsində doğumdan əsgərlik dövrünə qədərki müddət ələ alındı. Dünyaya göz açmaq, uşaqlıq, ibtidai məktəb illəri, Hıdırellez'i mövzu alan gənclik illəri və toy günündən ibarət olan ilk bölüm; Qafqaz və Balkan ölkələri ilə Anadolunun fərqli bölgələrindən xalq oyunları nümayişi icra edildi.

Toy gününü mövzu alan nümayiş isə duyğulu anların yaşanmasına səbəb oldu. Nümayişdə Qaziantepdə bir toy əsnasında edilən terror hücumu, barkovizyona əks etdirilən mesajla qınaq obyektinə çevrildi. Mesajda "Qaziantepdə yaşanan mənfur hücumda şəhid olan vətəndaşlarımızı rəhmətlə xatırlayırıq.  Bir daha heç bir toy mərasimimiz yarım qalmasın, heç bir sevincimiz acı ilə bitməsin" ifadələri səsləndi.

 

ÇAVUŞ ÖMER HALİSDEMİR AĞLATDI.

Türk dili Bayramının ilk hissəsinin finalı isə "əsgərlik" dövrü ilə tamamlandı. Bir atanın əsgər oğluna yazdığı məktubun oxunmasıyla başlayan bölüm finalında barkovizyona prezident Rəcəb Tayyib Ərdoğanın 15 İyul gecəsi xalqa etdiyi çağırış və öz səsindən "Dua" şeir və musiqi sədaları altında xalqın küçələrə enərək vətənini müdafiə etdiyi tarixi anlar video çarxla əks etdirildi.

Həmin an səhnəyə çıxan əsgərlərə xalqın da qatılması iştirakçılardan böyük alqış aldı. Əsgərlərin  qarşısında yer alan astsubayın dediyi "Mən Çavuş Ömər Halisdəmir! Əmr et, komandirim!" cümləsi ilə birlikdə protokol heyəti də daxil olmaqla salonda olan bütün iştirakçılar ayağa qalxaraq göz yaşları içində, oxunan 15 İyul şəhidlərinin adlarını alqışladı. Təkbir  gətirildiyi "əsgərlik" dövrünü mövzu alan nümayiş sonrası şəhidlər üçün saygı duruşu gərçəkləşdirildi və tək bir nəfəslə, böyük bir qürurla İstiklal Marşı oxundu.

 

NABİ AVCI: TERRORA VERİLƏCƏK ƏN GÖZƏL CAVAB

Mədəniyyət və Turizm Naziri Prof. Dr. Nabi Avcı, qeyd olunan Türk Dili Bayramının eyni zamanda terrora də verilən ən gözəl və ən mənalı cavablardan biri olduğunu ifadə edərək, "Dünyanın hər zaman sevgi, sülh və qardaşlıq çağırışına ehtiyac duyduğu bir dövrdə İnsan və Türk dili temasıyla bütün insanlığa sevgi və sülh çağırışını edərək müqəddəs bir vəzifə icra edirsiniz. Bu çağırış əski çağda gəlin tanış olaq, işi asan edək deyən Yunus Əmrənin çağırışıdır.  Gəlin tanış olaq, işi asan edək bu dünya kimsəyə qalmaz "dedi.

Mədəniyyət və Turizm Naziri Avcı, Türk Dilinin, böyük mədəniyyətlər qurmuş bir millətin dili olduğunu, istifadə edilməsi baxımından dünyanın sayılı dilləri arasında iştirak etdiyini ifadə edərək, dilin tarixdən bugünə  güclü bir axar çay kimi keçdiyi bütün coğrafiyalardan sözlər aldığını, bunları öz rəng, musiqi mayasında birləşdirdiyini, öz möhürünü sözlərinə və quruluşuna vurduğunu qeyd etdi.

Avcı, Türk Dilinin köklü və güclü bir dil olduğuna diqqət çəkərək, zəngin söz balansı ilə, Türkiyə tarixini, mədəniyyətini, incəsənətini daşıyacaq  bir gücdə olduğunu izah etdi.

Könül dili olan Türk Dilinin, dünyanı sevgi və sülhlə idarə etməyin ən böyük fəzilət olduğuna inanan Əhməd Yəsəvilərin, Yunus Əmrələrin, Sarı Saltukların dili olduğunu ifadə edən Avcı, belə davam etdi:

"Dilimiz, məhv etməyi deyil, xoş görməyi, könüllərə kin, nifrət intiqam toxumları deyil də, sevgi, şəfqət, mərhəmət toxumları əkməyi əlində şüar etmiş bir millətin dilidir. Türk dili, əsrlərdən bəri yer üzünsə haqq və həqiqət yolu ilə sülh, inam, hüzur və ədaləti  yaymaq üçün mübarizə aparan  ərənlərin və alplərin dilidir. Yeddi iqlimdən durnalar kimi ölkəmizə gələn qiymətli tələbələrimiz, siz artıq qonaq deyil bu ölkənin bir övladısınız.

Avcı, Türk Dili Bayramının terrora baxmayaraq qeyd edilməsinə də  toxunduqdan sonra sözlərini "Çox əhəmiyyətli bir hadisəni geridə qoyduğumuz bu günlərdə qorxmadan, çəkinmədən ölkəmizə gələn meydanlarda bizimlə birlikdə demokratiyaya və Türkiyəyə sahib çıxan bizi, mədəniyyətimizi, dilimizi öyrənmək istəyən siz qiymətli tələbələrimizə minnətdarlığımı ərz etmək istəyirəm" deyərək tamamladı.

 

ŞƏRƏF ATƏŞ: VACİB BİR MESAJDIR

Yunus Əmrə İnstitunun xarici ölkələrdə 45 Türk Mədəniyyət Mərkəzinin və 80 əlaqədar şöbəsinin mövcud olduğunu xatırladan Yunus Əmrə İnstitutu Müdiri Prof. Dr. Şərəf Atəş, 2009-cu ildən etibarən Türkiyəni, Türk dilini və mədəniyyətini tanıtmaq, Türkiyənin digər ölkələrlə dostluq əlaqələrini inkişaf etdirib mədəni mübadiləsini artırmaq məqsədilə, fəaliyyətlərin fasiləsiz olaraq davam etdirildiyini bildirdi.

İnstitut Müdiri Prof. Dr. Atəş, "Xarici ölkələrdə ölkəmizin dostlarını artırmaq və sevənlərini çoxaltmaq üçün təşəbbüs etdiyimiz sıx mədəni diplomatiya fəaliyyətlərinin ən çox seçilən ünsürlərindən biri də, şübhəsiz ki, türk dilinin öyrədilməsidir. Yunus Əmrə İnstitutu olaraq, biz, türk dilini öyrətməyə, qədim mədəni dəyərlərimizi və insanımızı dərindən izah etməyə çalışırıq. Belə ki, gizli gündəmlərinin arxasında gizlənərək türk dilini qaranlıq ssenarilərinin bir parçası halına gətirmək istəyənlərin əksinə, Yunus Əmrə İnstitutu, başda Cənab Prezidentimizin güclü dəstəyi, dövlətimizin imkanları və millətimizin səmimi duaları türk dilini dünyanın bir ucundan digər ucuna qədər düzgün bir şəkildə öyrətməyə cəhd edir. Bu fəaliyyətlərin ən əhəmiyyətli halqalarından biri də, İnstitumuzun hər il təşkil etdiyi Türkcə Yay Məktəbidir. Bu il 46 ölkədən 540 mədəniyyət elçisinin, xain çevriliş cəhdinə baxmayaraq, dəvətimizi qəbul edib ölkəmizə gələrək insanımızla qucaqlaşmaları, şübhəsiz ki, əhəmiyyətli bir mesajdır." dedi.

Prof. Dr. Şərəf Atəş çıxışına belə davam etdi:

"Pekindən Londona, Moskvadan Qahirəyə qədər fərqli coğrafiyalarda yaşayan 540 mədəniyyət elçisinin, buradan, yəni imperatorluqlar paytaxtı İstanbuldan, ustad Necip Fazıl Kısakürekin "Canım İstanbul" deyə müraciət etdiyi qədim şəhərdən, dünyaya göndərdiyi bu mesaj ölkəmizin əhəmiyyətli bir müvəffəqiyyətidir.

Yunus Əmrə İnstitutu dövlətimizin və millətimizin üzünü ağartmaq üçün dünyanın fərqli ölkələrində fəaliyyətlər icra etməkdədir: Biz yalnız türk dili öyrətmirik. Ölkəmizin kinosundan musiqisinə, sənətindən mentalitetinə qədər bütün mədəni dəyərlərini fərqli coğrafiyalarda, fərqli din və dilə sahib olan insanlara tanıtmağa səy göstəririk. Biz, işlərimizi tək başımıza həyata keçirtmirik, əksinə dövlətimizin ortaq ağlını, təcrübəsini və biliklərini birləşdirərək Türkiyəni, türk dilini və sənətini xaricdə tanıtmaq üçün çalışırıq. Biz əsas gücümüzü millətimizdən almaqla yanaşı, dövlətimizin bütün təşkilatlarının koordinasiyası və motivasiya dəstəyi ilə fəaliyyətlərimizi həyata keçiririk.

Cənab Prezidentimizin "Bu işləri biz etməzsək, başqaları edər" sözünü bir vəzifə bilərək, Yunus Əmrə İnstitutu olaraq, "bu işləri" yəni türk dilini öyrətmək, türk mədəniyyətini və Türkiyəni tanıtmaq məqsədiylə, bütün ili gecəmizi gündüzümüze qataraq işləyirik.

Xarici ölkələrdə "bu işləri" həyata keçirtməyimiz üçün bizə hər mövzuda dəstək olan, başda Cənab Prezidentimiz Cənab Rəcəb Tayyib Ərdoğana, Baş Nazirimiz Cənab Binali Yıldırıma, Qəyyum Heyət Rəhbərimiz və Xarici İşlər Nazirimiz Cənab Mevlüt Çavuşoğluna, Mədəniyyət və Turizm Nazirimiz Cənab Nabi Avcıya, qəyyumlar heyəti üzvlərimizə və ən əsası millətimizə təşəkkür edirəm.

Ölkəmiz son 15 il ərzində siyasi və iqtisadi baxımdan sanki bir dövrü geridə qoymuşdur. Körpülər, bölünmüş yollar, sürətli qatarlar, hava limanları Türkiyənin bütün çöhrəsini dəyişdirmişdir. Bütün bu abadlıq və yenilənmə işləri Türkiyənin zənginləşdiyini və irəlilədiyini göstərir. Yeni Türkiyənin memarları olan cənab prezidentimiz və cənab baş nazirimiz, dünən Yavuz Sultan Selim körpüsünü açaraq Asiya ilə Avropanı, fiziki olaraq, bir daha bir-birinə bağlamışlar.

Biz də Yunus Əmrə İnstitutu olaraq, cənnət vətənimiz Anadolunu Avropaya, Amerikaya, Asiyaya, Afrikaya və Avstraliyaya mədəniyyət körpüləri yolu vasitəsilə bağlayaraq, dünya insanlarını Türkiyəyə yaxınlaşdırmağa çalışırıq. Bizim etdiklərimizin nəticələri və məhsulları bir yol kimi, bir bina kimi dərhal görünməyə bilər. Amma inanın ki, zaman keçdikcə bizim əkdiyimiz toxumlar, bizim əkdiyimiz çiçəklər dünya millətləri içərisində olan yerimizi əsrlər boyunca bir çinar kimi möhkəmləndirəcək. Bunun üçün hər il müxtəlif ölkələrdə saysız fəaliyyətlər həyata keçiririk. Eləcə də, 540 mədəniyyət elçimiz illər keçdikcə meyvə verərək, Türkiyəyə yeni dostluqlar qazandıracaq və gələcəkdə Türkiyənin dostları olaraq yanımızda olacaqlar.

Cənab baş nazirimiz, hörmətli nazirlərimiz başda olmaqla, hamınıza hörmətimi təqdim edir, İnsan və Türk dili Bayramında iştirak edən və bizlərə dəstək verən hər kəsə təşəkkür edirəm."

 

500 MƏDƏNİYYƏT ELÇİSİYLƏ XATİRƏ ŞƏKLİ

İş həyatı ilə başlayan, "İnsan və Türk dili" mövzulu Türk dili Bayramının ikinci hissəsində Ahilik mədəniyyətindən bəhs edildi. Paltarlarıyla müxtəlif peşələri təmsil edən rəqsçilərin nümayiş etdirdikləri səhnədən sonra, iş həyatına başlayan gənc ticarətçiyə müəllimi nəsihət verərkən, qul haqqına bacardığı qədər diqqət etməsini, tərəzisini düzgün işlətməyi mələhət gördü. Ticarətini xeyirlə davam etdirən ticarətçi yaşlılıq illərində güzgüdə özünə baxarkən gənclik illərini xatırlayıb nələr öyrəndiyinin və illərlə nələr etdiyinin, nəfis bir şəkildə, mühasibliyini də etdi. "Ölüm" səhnəsi ilə başa çatan nümayişdən sonra Mədəniyyət və Turizm Naziri Nabi Avcı ilə Yunus Əmrə İnstitutu Müdiri Prof. Dr. Şərəf Atəş, öz ölkələrinin və Türkiyənin bayraqları ilə səhnəyə çıxan 46 ölkədən 540 mədəniyyət elçisiyle xatirə şəkli çəkdirdilər.