"Türk İslam Sənətləri" Sərgisi Bakıda

Yazıcı-dostu sürüm

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı ilə təşkil olunan “Türk İslam Sənətləri” adlı sərgi Azərbaycanın paytaxtı Bakıda nümayiş etdirildi.

Bursa Böyükşəhər Bələdiyyəsinin himayəsində fəaliyyət göstərən Sənət və Məslək Təlim Kurslarının (BUSMEK) inventarında yer alan Türk İslam sənətlərindən nümunələrin olduğu sərginin açılış mərasimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında həyata keçirildi.

Sərginin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi Kompleksində keçirilən "Türk İslam Sənətləri" adlı sərginin açılışı olub.

Sərginin açılışında Bakı Yunus Emre İnstitutunun müdiri dosent Cihan Özdemir, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Arca Turqaner, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, ADRA rektoru prof. dr. Ömər Eldarov, Bursa Böyükşəhər Bələdiyəsi Sosial Xidmətlər Şöbəsinin sədri Şaban Kander, A.R. Mədəniyyət və Turizm Nazirliyi sektor müdiri Qalib Qasımov, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin əmək, iqtisadiyyat, mədəniyyət və turizm üzrə müşavirləri və çox sayda dəvətli iştirak edib.

Bakı Yunus Emre İnstitutunun müdiri dosent Cihan Özdemir açılış çıxışında bildirib ki, həyata keçirilən bu fəaliyyətin məqsədi “bir millət, iki dövlət” ifadəsindən ilham alaraq iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirmək və ortaq milli dəyərləri təbliğ etməklə yanaşı onlara sahib çıxmaqdır.

Sərgidə ebru, tezhib, keramika, filoqrafiya, xətt və xalça sənətindən nümunələr nümayiş etdirilib.

BUSMEK inventarında olan 80-dən çox əsərin nümayiş etdirildiyi sərgi 22 aprel tarixinə qədər davam edəcək.