"Qorxma, Sönməz Bu Şəfəqlərdə Üzən Al Sancaq"

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu və İLESAM Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə "15 İyul Demokratiya və Milli Birlik Günü"nə həsr olunan tədbir keçirilib.

Yunus Emre İnstitutunun ev sahibliyi ilə keçirilən "Qorxma, Sönməz Bu Şəfəqlərdə Üzən Al Sancaq" adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İnstitut direktoru Cihan Özdəmir, Azərbaycanlı millət vəkili Hikmət Babaoğlu, İLESAM Başqanı Mehmet Nuri Barmaqsız, mətbuat nümayəndələri və qonaqlar qatıldı.

Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə  çıxış edən Türkiyə  səfiri Erkan Özoral bildirib ki, türk milləti vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək.

Türk millətinin 15 iyul hadisələrində millət iradəsinin qarşısına sədd çəkməyin mümkün olmadığını bütün dünyaya göstərdiyini vurğulayan Özoral, "Millət iradəsinin qarşısında heç bir güc dayana bilməz. Zərbə cəhdində olanlar forma geyinmiş terroristlər, xainlərdir. Onlar Türk hərbiçiləri ola bilməz. Türk hərbiçiləri, Ömər Halisdemir kimi qanının son damlasına qədər mübarizə aparanlardır. Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Bu xainlər əməllərinin cəzasını alacaqlar"dedi.

Millət vəkili Babaoğlu, xainlər məqsədlərinə çatsalar idi nələr olacağını düşünmək belə istəmədiyini ifadə etdiyi çıxışında, 15 iyul tarixini Türkiyə Cümhuriyyətinin yenidən doğuş tarixi olaraq qiymətləndirib.

Türk millətinin məsələ müstəqillik olduğu zaman ölümdən belə çəkinməyəcək bir cəsarətə sahib olduğunu dilə gətirən İLESAM Başqanı Barmaqsız isə 15 İyulun heç bir zaman unutulmayacağını dilə gətirib.

İnstitutun direktoru Özdəmir, 15 İyul tarixində  çevriliş cəhdləri baş tutmayan xainlərin Türk millətinin milli birliyinə, vətəninə və dövlətinə hücum təşkil etdiklərini xatırlatdığı çıxışında vətənin bütövlüyünün toxunulmazlığına  vurğu edib.