Ebru, tezhib və çini kursları tələbələri Bakıda sərgi açdılar
Bakı Yunus Emre İnstitutu və Türk İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı ilə təşkil olunan ebru, tezhib və çini kurslarını bitirən tələbələrə aid əsərlərin yer aldığı sərginin açılışı oldu.
TİKA sədr müavini Birol Çetin və Bakı Yunus Emre İnstitutunun müdiri Cihan Özdemirin iştirakıyla həyata keçirilən sərginin açılışı azərbaycanlıların böyük marağına səbəb oldu.
TİKA sədr müavini Çetin açılış çıxışında bildirdi ki, TİKA olaraq inkişafyönümlü layihələrlə yanaşı, təhsil və mədəniyyət layihələrinə də dəstək verirlər. O, ebru, tezhib və çini kimi ənənəvi sənətlərin yaşadılmasının əhəmiyyətindən bəhs edərkən, qardaş ölkə Azərbaycanda bənzər layihələr üçün dəstəklərini davam etdirəcəklərini qeyd etdi.
Təxminən 60 iştirakçının sertifikat aldığı tədbirdən sonra tələbələrin əl işləri olan ebru, tezhib və çini nümunələrinin yer aldığı sərginin açılış proqramı həyata keçirildi.