Dünya Aşbazları Günü səbəbiylə Azərbaycanda Çörək Festivalı təşkil edildi

Yazıcı-dostu sürüm

Dünya Aşbazları Günü səbəbiylə Azərbaycanda Çörək Festivalı təşkil edildi.Azərbaycan Mədəniyyət və Turizm  Nazirliyi ilə birgə Milli Aşbazlıq Mərkəzinin 21 Oktyabr 2016-cı il tarixində  təşkil etdikləri festivalın açılışında nazirlik səlahiyyətliləri, millət vəkilləri, diplomatik missiya təmsilçiləri, sənətçi və ədəbiyyatçılar iştirak etdilər.Festivalda, Azərbaycanın 24 bölgəsinə aid çox sayıda çörək növləri sərgiyə çıxarıldı. Qırğızıstan və Özbəkistan çörəklərinin də tanıdıldığı festivalda Türkiyəni Bakı Yunus Emre İnstitutu təmsil etdi.Dəvətlilərə çörək növlərinin yanında müxtəlif növ şirniyyatların ikram edildiyi festivalda, Azərbaycan mətbəxinin təqdimatında əməyi keçənlərə sertifikatlar təqdim edildi.