Bakıda "Tatlım Tatlım" filmi nümayiş olunub

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu (YEE) 6 iyul tarixində Nizami Kino Mərkəzində nümayiş olunan "Tatlım Tatlım" filmini sinemasevərlərə təqdim edib.

Nümayişin sonunda gözləmə otağında Bakı YEE stendi qarşısında xatirə şəkli çəkən tamaşaçılar, filmi böyük bir zövqlə izlədiklərini bəyan edərək, İnstitut tərəfindən təşkil ediləcək növbəti filmin nümayişini həyəcanla gözlədiklərini dilə gətiriblər.

Yılmaz Erdoğan tərəfindən  qələmə alınan və uzun illər Demet Akbağ ilə bərabər teatr səhnəsində oynanan “Haybeden Gerçeküstü Aşk” adlı tamaşanın film versiyası “Tatlım Tatlım” ilə, eyni ziyafətdə tanış olan 4 ayrı cütlüyün münasibətə başladıqları ilk gündən sonuna qədərki proses komik bir dillə tamaşaçılara əks etdirilib.

Yılmaz Erdoğanın rejissorluq etdiyi filmin baş rolunu Gupse Özay, Büşra Pekin, Aylin Kontente, Şebnem Bozoklu, Bülent Emrah Parlak, Çağlar Çorumlu, Serkan Keskin və Fatih Artman paylaşıb.