BAKIDA “LİDERLİK TƏLİMİ, DÖVLƏTİN İDARƏ EDİLMƏSİ, FÜRSƏT VƏ RİSKİN İDARƏ EDİLMƏSİ” KONFRANSI

12/04/2018

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyası Adana şəhər millət vəkili prof. dr. Necdet Ünüvarın iştirakıyla 10 aprel 2018-ci il tarixində Bakı Yunus Emre İnstitutunda “Liderlik təlimi, dövlətin idarə edilməsi, fürsət və riskin idarə edilməsi” adlı konfrans keçirilib.

Bakı Yunus Emre İnstitutunun müdiri dos. dr. Cihan Özdemirin çışıxı ilə başlayan konfransa prof. dr. Necdet Ünüvar ilə birlikdə gələn Ədalət və İnkişaf Partiyası İstanbul şəhər millət vəkili Nurəddin Nəbati, Ədalət və İnkişaf Partiyası Iğdır şəhər millət vəkili Nurəddin Aras, Cümhuriyyət Xalq Partiyası Artvin şəhər millət vəkili Uğur Bayraqtutan və Milləyət Xalq Partiyası Ərzurum şəhər millət vəkili prof. dr. Kamil Aydın İnstitut tələbələri ilə görüşüblər.

Həkim, bürokrat və siyasətçi gözüylə idarəetmə anlayışını dəyərləndirərək təcrübələrini İnstitut tələbələri ilə paylaşan prof. dr. Ünüvar Sədi Şirazinin “Zərli mədənləri alova sürtərlər. O zaman bəlli olar ki misdir, yoxsa qızıl.” ifadəsini işlədib. Konfransın sonunda sualları cavablandıran prof. dr. Necdet Ünüvar İnstitut tələbələri ilə xatirə şəkli çəkdirib.