Bakıda "Atam və Oğlum" filmi nümayiş olundu

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu (YEE), 2 Mart Cümə günü Nizami Kino Mərkəzində rejissor və ssenarist Çağan Irmağın "Atam və oğlum" filmini sinemasevərlərə təqdim etdi.

Baş rolda Çetin Tekindor, Hümeyra Akbay, Fikrət Kuşkan və Özge Özberk kimi bir çox tanınmış aktyorun yer aldığı film, azərbaycanlı sinemasevərlər tərəfindən rəğbətlə qarşılandı. Filmin sonunda ağır duyğu yüklü məqamların olduğunu vurğulayan tamaşaçılar, uzun müddət filmin təsirində qalacaqlarını dilə gətirdilər. Tədbirdən sonra qonaqlar gözləmə otağında Bakı YEE stendi qarşısında xatirə şəkli çəkdirdilər.