Bakıda "AMEA M. Füzuli adına Əlyazmalar İnstitutundakı Türkcə Əlyazmalar" adlı kitabın təqdimatı keçirildi

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun dəstəyi ilə 25 may 2018-ci il tarixində dos. Mehmet Nuri Çınarcı tərəfindən hazırlanan “AMEA M. Füzuli adına Əlyazmalar İnstitutundakı Türkcə Əlyazmalar” adlı kitabın təqdimatı həyata keçirildi.

Proqramda çıxış edən dos. Mehmet Nuri Çınarcı 19-cu əsr Azərbaycan ədəbiyyatında böyük iz qoyan bir çox şairin divanları və məsnəvilərinin olduğu kitabda xalq ədəbiyyatı başlığı ilə ələ alınan əsərlərlə əlaqədar ümumi məlumatların da olduğunu bildirdi. Bununla yanaşı əlyazma əsərlərin tanıdımına yer verilən kitabda bu əsərlərə aid mövzu, surət və qeydiyyat tarixlərinin də qeyd olunduğunu ifadə etdi.

İnstitut müdiri Dos. Cihan Özdemir isə Türkcə əlyazmalarının tədqiqiylə ortaya çıxan bu fəaliyyətdə xalq ədəbiyyatı və divan ədəbiyyatının nümunələrinə yer verildiyini bildirdi. Osmanlı, Çağatay və Azərbaycan ərazilərində türkcə əsərlər qələmə alan şairlərə aid əsərlərin yer aldığı əlyazmaların Azərbaycan ədəbiyyat tarixi ilə əlaqədar tədqiqat aparacaq elm xadimləri üçün dəyərli bir qaynaq olduğunu da dilə gətirdi.

İnstitut binasında həyata keçirilən təqdimat proqramı iştirakçıların suallarının cavablandırılması ilə sona çatdı.