“Azərbaycan-Türkiyə Ədəbiyyat və Maarif Münasibətləri” paneli

26/04/2018

Azərbaycanın paytaxtı Bakıda, “20-ci əsrin əvvəllərindən bu günə qədər Azərbaycan-Türkiyə Ədəbiyyat və Maarif Münasibətləri” adlı panel təşkil olundu.

Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Yunus Emre İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Başqanlığının birgə təşəbbüsü ilə AMEA-nın Ədəbiyyat İntitutunda keçirilən tədbirdə, AMEA-nın vitse-prezidenti, millət vəkili prof. İsa Həbibbəyli və Bakı Yunus Emre İnstitutunun müdiri dos. Cihan Özdemir ilə yanaşı, Türkiyə və Azərbaycandan çoxlu sayda elm xadimi iştirak etdi.

Bakı Yunus Əmrə İnstitutunun müdiri dos. Cihan Özdemir nitqində, 28 Mayda 100-cü ilini qeyd edəcək olan Azərbaycan Cümhuriyyətinin  qurulmasında Türkiyədə təhsil alan, Türk mədəniyyətini mənimsəyən ədib və pedaqoqların yaratmış olduğu fikir cərəyanlarının böyük rolunun olduğunu vurğuladı. Özdemir o zamankı ədib və akademikləri, onların göstərdikləri mübarizəni yenidən gündəmə gətirmək məqsədi ilə keçirilən bu panelin, eyni zamanda Türkiyə və Azərbaycanın indiki akademikləri arasında əlaqə körpüsü yaratmaq olduğunu qeyd etdi.

Prof. İsa Həbibbəyli isə Türkiyə və Azərbaycan maarif və ədəbiyyatının çox sayda ortaq tərəflərinin olduğunu vurğulayarkən, bunun ortaq tarixi kök və dəyərlərdən qaynaqlandığını bildirdi.